Azərbaycan prezidenti Minsk qrupu həmsədrlərini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev mayın 31-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), yaxın zamanlarda fəaliyyətə başlayacaq Fransadan olan həmsədr Pyer Andryö və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
APA-nın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Apa.az