Almaniyada Xocalı soyqırımı ilə bağlı abidə ucaldılacaq
Almaniyanın Bilefeld şəhərində Xocalı soyqırımı ilə bağlı abidə ucaldılacaq. Bu barədə Trend-ə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı Bilefeld şəhər bələdiyyəsinə müraciət edilib: “Bələdiyyə müraciətə müsbət cavab verib.
Xanım T.Tağıyeva ümid edir ki, Xocalı abidəsi yaxın vaxtlarda ucaldılacaq.
Trend.az