Türkmənistanda 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir

Posted by

Türkmənistanda 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir

Türkmənistanda 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir

Türkmənistanda 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir

Azərbaycanın Türkmənistandakı səfirliyi “Aşqabad” otelində 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirmişdir.

 

Tədbirdə Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, Azərbaycan-Türkmənistan dövlətlərarası müştərək komissiyasının həmsədri Sapardurdı Toylıyev və digər rəsmi şəxslər, Aşqabadda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və nümayəndələri, Azərbaycan Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının əməkdaşları, Türkmənistanın ictimai və yaradıcılıq birliklərinin üzvləri, ölkədə yaşayan soydaşlarımız, ziyalılar, iş adamları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Rəsmi qəbul Azərbaycanın və Türkmənistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanmışdır.

Səfir Vəhdət Sultanzadə çıxış edərək 96 il bundan əvvəl müsəlman Şərqində qurulmuş ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən söhbət açmışdır.

O, Xalq Cümhuriyyətin varisi olan müasir Azərbaycan Respublikasının 1991-ci ildə müstəqilliyini bərpa etməsindən sonra qazandığı uğurlar, Azərbaycanda dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyev şəxsiyyətinin misilsiz xidmətləri və onun yaratdığı məktəbin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həlli istiqamətində göstərdiyi yüksək diplomatik fəaliyyət, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlar və Azərbaycanın son on ildə iqtisadi inkişaf göstəriciləri haqqında geniş məlumat vermişdir.

Dağlıq Qarabağ münaqişəsinin ağır fəsadları – Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və 1 milyondan çox soydaşımızın öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşməsi barədə məlumat verən V.Sultanzadə ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra uzaqgörən və müdrik siyasəti ilə ölkəmizi böyük bəlalardan qurtardığını və müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu olduğunu bildirmişdir.

Səfir çıxışında xüsusi olaraq bildirmişdir ki, ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirmişdir və ölkəmizin hərtərəfli inkişafı istiqamətində mühüm işlər görməkdədir.

Azərbaycan-Türkmənistan münasibətlərində əldə olunan bütün nailiyyətlərdə ümummilli lider Heydər Əliyevin gördüyü işlərin əvəzsiz olduğunu qeyd edən diplomat hazırda iki dövlət arasında qarşılıqlı anlaşma, etimad və inamın yarandığını və bu mehriban qonşuluq siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

Səfir Azərbaycan ilə Türkmənistan arasında mövcud layihələr, ticarət əlaqələri və mədəni tədbirlər barədə tədbir iştirakçılarına məlumat vermişdir.

V.Sultanzadə Azərbaycan xalqı ilə türkmən xalqı arasında etnik, tarixi, mədəni və dini yaxınlığın mövcudluğunu xatırladaraq, iki ölkənin dövlət başçıları arasında yaranmış yüksək səviyyəli dialoqun ikitərəfli münasibətlərin inkişafına böyük təkan verdiyini və prezidentlər İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədovun qarşılıqlı rəsmi səfərlərinin münasibətlərin yüksək səviyyədə inkişafının bariz nümunəsi olduğunu bildirmişdir. O, həmçinin bütün sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün hər iki ölkənin yüksək potensiala malik olduğunu vurğulamış və gələcəkdə ikitərəfli əlaqələrin daha çox inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

Səfir bu il mayın 10-da Aşqabadda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar keçirilən tədbirin iki qardaş xalq arasında mövcud dostluq münasibətlərinin mənəvi dəyəri olduğunu bildirmişdir.

Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Sapardurdi Toylıyev Prezident Qurbanqulu Berdiməhəmmədovun təbriklərini Azərbaycan dövlətinin başçısına və bütün Azərbaycan xalqına çatdırmışdır. O, hər iki ölkənin dövlət başçıları arasında yaranmış yüksək səviyyəli dialoqun ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulamış, Azərbaycan və türkmən xalqları arasında dostluq əlaqələrinin tarixi köklərə əsaslandığını, ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələr də daxil olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirmişdir.

Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfərlərinin iki qonşu xalqları birləşdirən dostluq və qardaşlıq əlaqələrinin daha da genişlənməsinə təkan verdiyini məmnunluq hissi ilə qeyd etmişdir.

Sapardurdl Toylıyev xalqlarımızı qarşılıqlı ehtirama, bərabərliyə, birgə tərəqqi və inkişaf səylərinə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin birləşdirdiyini söyləmişdir.

Azərbaycan Xarici İşlər Nazirliyinin müşaviri Vüqar İmaməliyev çıxış edərək əlamətdar bayram münasibətilə təbriklərini çatdırmışdır.

Ziyafət Azərbaycan, türkmən və dünya klassik musiqisinin sədaları altında davam etmişdir. Qonaqlara Avropa mətbəxi ilə yanaşı, Azərbaycanın milli xörəkləri, şirniyyatları təqdim edilmişdir.

Ziyafət iştirakçılarına Azərbaycanla bağlı müxtəlif suvenir və ədəbiyyat nümunələri paylanmışdır. Tədbir çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycanın inkişafını əks etdirən fotoşəkillər, kitablar, bukletlər, jurnallar, milli suvenirlər qonaqların marağına səbəb olmuşdur.

 

AzərTac.az