Dövlət Gömrük Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul etmişdir

Posted by

Dövlət Gömrük Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul etmişdir

Dövlət Gömrük Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul etmişdir

Dövlət Gömrük Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul etmişdir

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün operativ tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, mayın 30-da Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Xaçmazda bu rayondan, həmçinin Quba, Qusar, Siyəzən və Şabrandan olan vətəndaşları qəbul etmişdir. Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilmiş qəbulda Dövlət Gömrük Komitəsinin bir sıra struktur rəhbərləri də iştirak etmişlər.

Qəbul zamanı regionda yaşayan vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətlərinə baxılmışdır. Müraciətlərin əksəriyyəti gömrük keçid məntəqələrindən bəzi malların idxal və ixracı, sənədləşmə qaydaları, həmçinin işə qəbulla bağlı olmuşdur.

Komitənin sədri Aydın Əliyev vətəndaşların müraciətlərini, arzu və təkliflərini diqqətlə dinləmiş, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll olunması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar vermişdir.

Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerində həll edilmiş, bəziləri ilə əlaqədar vətəndaşlara məsləhətlər verilmişdir. Komitənin səlahiyyətinə aid olmayan bir neçə müraciət isə qeydiyyata alınaraq aidiyyəti orqanlara çatdırılması üçün nəzarətə götürülmüşdür.

 

AzərTac.az