Cenevrədə 28 May-Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir

Posted by

Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən 28 May-Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir.

Nümayəndəlikdən AzərTAc-a bildirilmişdir ki, tədbirdə BMT-nin Cenevrə şəhərindəki bölməsinin baş direktoru M.Moller, Cenevrə şəhərində yerləşən beynəlxalq təşkilatların rəhbər şəxsləri, BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Cenevrə kantonunun rəsmiləri, şəhərdə fəaliyyət göstərən ali təhsil ocaqlarının müəllimləri, İsveçrədə yaşayan soydaşlarımız, gənclər və azərbaycanlı tələbələr iştirak etmişlər.

Rəsmi qəbulda ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti, habelə turizm potensialını əks etdirən materiallardan ibarət sərgi təşkil olunmuş, milli musiqilərimiz səsləndirilmiş, slaydşou və videoçarx nümayiş etdirilmişdir. Tədbir iştirakçılarına Azərbaycanın tarixi və mədəniyyəti, qədim dövlətçilik ənənələri barədə məlumat verilmişdir. Eyni zamanda, onlara ölkəmizin tarixini, mədəniyyətini, turizm potensialını əks etdirən kitablar, digər nəşrlər və suvenirlər hədiyyə edilmişdir.

AzərTac.az