ABŞ-ın Hyuston şəhərində 28 may “Azərbaycanın Respublika Günü” elan edilib

Posted by

ABŞ-ın Hyuston şəhərində 28 may "Azərbaycanın Respublika Günü" elan edilib

ABŞ-ın Hyuston şəhərində 28 may “Azərbaycanın Respublika Günü” elan edilib

ABŞ-ın Hyuston şəhərində 28 may "Azərbaycanın Respublika Günü" elan edilib

ABŞ-ın aparıcı sənaye mərkəzlərindən və Azərbaycanın paytaxtı ilə qardaşlaşmış şəhər olan Hyustonda “Azərbaycan Mərkəzi” və “Hyuston-Bakı Qardaşlaşmış şəhərlər Assossasiyası”nın təşkilatçılığı ilə şəhər meriyasının binasında Azərbaycanın 28 May – Respublika Gününə həsr edilmiş rəsmi tədbir keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, “Azərbaycan Mərkəzi” və “Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası”nın rəhbəri İradə Axundova çıxış edərək 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikası haqqında danışıb.

 

Sonra Hyuston Şəhər Şurasının üzvü Ed Qonzalez çıxış edərək Azərbaycan xalqını və Hyustonda yaşayan azərbaycanlı icma nümayəndələrini təbrik edib, şəhər meriyası tərəfindən 28 may tarixinin Azərbaycanın Respublika Günü elan edildiyini bildirib və şəhər meri Anisa Parkerin adından bəyannamə mətnini oxuyub.

 

Ştat Assambleyasının üzvü Cin Vu Hyustonun çoxmillətli və çoxmədəniyyətli şəhər olduğunu, burada yaşayan azərbaycanlı icmasının bu mədəniyyətə xüsusi çalar qatdığını söyləyib və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.

 

Tədbirdə çıxış edən Azərbaycan səfirliyinin əməkdaşı Natiq Baxışov 28 mayın Azərbaycan xalqı üçün ilk respublikanın yaranması ilə əlamətdar olduğunu qeyd etməklə yanaşı, müasir Azərbaycan dövlətçiliyinin əsası 1918-1920-ci illərdə qoyulmuş ideyalar üzərinə kökləndiyini bəyan edib.

 

Tədbir yerli amerikalı uşaqların Səməd Vurğunun Azərbaycan şerinin ingilis dilində ifası ilə yekunlaşıb.

 

Apa.az