Dövlət himayəsində yaşayan tənha ahılllar pulsuz tibbi müayinədən keçiriliblər
Mayın 29-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Müharibə və Əmək Əlilləri üçün Pansionatının (Qocalar evi) sakinləri Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin əməkdaşları tərəfindən tibbi müayinədən keçiriliblər.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, pansionatda dövlət himayəsində yaşayan 156 nəfər tənha ahıl və əlil şəxs Milli Onkologiya Mərkəzinin müvafiq tibbi avadanlıqlarla təchiz olunmuş səyyar diaqnostik kompleksində ətraflı müayinə ediliblər.
Tədbirdə məqsəd həmin insanların rentgen və ultrasəs, laboratoriya, ginekologiya, ultrasonoqrafiya, mamoqrafik müayinəsinin aparılması, həmçinin qadınlarda süd vəzi xəstəliklərinin, şişlərin əlamətlərinin və digər xəstəlikləri aşkarlanması, profilaktik yardımın təşkil edilməsi olub. Tədbir çərçivəsində pansionat sakinlərinə tibbi məsləhət xidməti də göstərilib, onların tibbi maarifləndirilməsi həyata keçirilib. Xəstəliklər aşkar olunan şəxslərin müvafiq müalicə prosedurlarına cəlb olunacağı bildirilib.
Trend.az