Dünya liderləri Respublika Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Posted by

Dünya liderləri Respublika Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Dünya liderləri Respublika Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Dünya liderləri Respublika Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Dünyanın bir sıra dövlətlərinin rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıblar.

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin təbrik məktubunda deyilir: “Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə təbriklərimi və salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyur, qarşıdakı ildə Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzu edirəm”.

Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qaukun azərbaycanlı həmkarına ünvanladığı təbrikdə bildirilir ki, Almaniya-Azərbaycan münasibətlərinin dinamik inkişafı Azərbaycanın beynəlxalq aləmdə artan əhəmiyyətini əks etdirir: “Mən şadam ki, Azərbaycan Almaniya və Avropa ilə sıx əməkdaşlığın tərəfdarıdır. Bu fakt Azərbaycanın “Cənub” qaz dəhlizində iştirakı ilə bağlı tarixi qərarının əsasını təşkil etmişdir. Almaniya Sizin Avropa İttifaqı ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı, Avropanın dəyərlər və hüquqlar sisteminə qoşulmaq istəyinizi alqışlayır.

Almaniya Azərbaycanın modernləşmə və islahatlar istiqamətində səylərini dəstəkləmək üçün siyasi dialoqu, eləcə də ölkələrimiz arasında iqtisadi, mədəni və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir.

Sizə ən xoş arzularımı çatdırır, Azərbaycan xalqına sülh, tərəqqi və rifah dolu gələcək diləyirəm”.

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud da Prezident İlham Əliyevi təbrik edib: “Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik”.

Sloveniya Respublikasının Prezidenti Borut Pahor Azərbaycan Prezidentini Respublika Günü münasibətilə Sloveniya xalqı və şəxsən öz adından təbrik edib: “Fürsətdən istifadə edərək, ölkələrimiz arasında yaranmış sıx tərəfdaşlıq və məhsuldar əməkdaşlıq əlaqələrini xüsusi vurğulamaq istəyirəm. Bu əlaqələr xüsusən iqtisadiyyat sahəsində çox uğurludur.

Əminəm ki, Sloveniya ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da müntəzəm dialoq, qarışlıqlı anlaşma və dostluq ruhunda regionda və onun xaricində sülh, anlaşma və sabitlik maraqlarına xidmət edəcəkdir”.

Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer və Koreya Respublikasının Prezidenti xanım Pak Kın He də Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayaraq xoş arzularını çatdırıblar.

 

Trend.az