Azad Rəhimov Şəmkirdə vətəndaşları qəbul edib

Posted by

Azad Rəhimov Şəmkirdə vətəndaşları qəbul edib

Azad Rəhimov Şəmkirdə vətəndaşları qəbul edib

Azad Rəhimov Şəmkirdə vətəndaşları qəbul edib

Gənclər və idman naziri Azad Rəhimov 26 may 2014-cü il tarixdə Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Tovuz, Şəmkir rayonları, Gəncə və Naftalan şəhərlərinin vətəndaşlarını qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 50-dən artıq vətəndaşın iştirak etdiyi qəbulda 20-yə yaxın müraciət Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili ilə bağlı olub.

15-dən artıq müraciət idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri ilə bağlı olub.

Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlər istiqamıtində olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Qeyd edək ki, bu nazir Azad Rəhimovun sayca 15-ci vətəndaş qəbuludur. Şəmkirdən öncə nazir İsmayıllı, Lənkaran, Mingəçevir (2 dəfə), Şirvan, Quba (2 dəfə), Qəbələ, Gəncə, Sumqayıt, Beyləqan, Sabirabad, Şamaxı və Masallıda vətəndaşları qəbul edib.

Azad Rəhimov ümumilikdə 600-dən çox vətəndaş qəbul edib.

 

Trend/az