Miqrasiya orqanları işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi və əmlakının daşınması üçün pul kompensasiyaları veriləcək

Posted by

Miqrasiya orqanları işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi və əmlakının daşınması üçün pul kompensasiyaları veriləcək

Miqrasiya orqanları işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi və əmlakının daşınması üçün pul kompensasiyaları veriləcək

Miqrasiya orqanları işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi və əmlakının daşınması üçün pul kompensasiyaları veriləcək

Nazirlər Kabineti “Miqrasiya orqanları işçisinin və onun ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nı və “Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”nı təsdiq edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, “Miqrasiya orqanları işçisinin və onun ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”na əsasən, yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması xərclərinin və birdəfəlik kompensasiyanın məbləğləri işçiyə və onun ailə üzvlərinə qulluq yerinə köçməsi ilə əlaqədar nəqliyyat xərci, yolda olan müddət üçün gündəlik xərc, əmlakın daşınması üçün nəqliyyat xərci, işçiyə birdəfəlik kompensasiya və işçinin ailə üzvlərinə birdəfəlik kompensasiya ödənilir.

İşçiyə və onun ailə üzvlərinə qulluq yerinə köçməsi (50 kilometrdən çox yol qət etmək şərti ilə) ilə əlaqədar nəqliyyat, yolda olan müddət üçün gündəlik, əmlakın daşınması üçün nəqliyyat xərcləri, işçiyə və ailə üzvlərinə birdəfəlik kompensasiyalar ödənilir. İşçiyə və onun ailə üzvlərinə yeni qulluq yerinə köçməsi ilə əlaqədar ödənilən nəqliyyat xərclərinə ümumi istifadədə olan hava, dəmiryol, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gediş haqqı məbləği (biletlərin qabaqcadan satışı üzrə xidmət və qatarlarda yataq ləvazimatından istifadə üçün xərclər də daxil olmaqla), işçiyə yerdəyişmə və ya vəzifəyə təyin olunma zamanı (50 kilometrdən artıq məsafə qət edilərsə) ödənilən birdəfəlik kompensasiyaya yeni təyin olunduğu vəzifə üzrə bir aylıq vəzifə maaşı və bir aylıq xüsusi rütbəyə görə əlavə haqq məbləği, işçiyə miqrasiya orqanının daimi dislokasiya yerinin dəyişməsi ilə əlaqədar yerdəyişmə zamanı (məsafədən asılı olmayaraq) ödənilən birdəfəlik kompensasiyaya bir aylıq vəzifə maaşının və bir aylıq xüsusi rütbəyə görə əlavə haqqın 50 faizi məbləği daxildir. İşçinin ailə üzvlərinin hər birinə bütün hallarda ödənilən birdəfəlik kompensasiya işçinin bir aylıq vəzifə maaşının və bir aylıq xüsusi rütbəyə görə əlavə haqqın 25 faizi məbləği daxildir. İşçiyə 3000 kiloqramadək əmlakının daşınması üçün çəkdiyi faktiki xərc müvafiq qaydada müəyyən edilmiş tarifləri müqabilində ödənilir.

“Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”na əsasən, miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan işçilərə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq, mənzil kirayəsi üçün pul kompensasiyası hər ay aşağıdakı məbləğlərdə ödənilir:

Bakı şəhərində – 47 manat;

başqa şəhər və rayon mərkəzlərində – 33 manat;

digər yaşayış məntəqələrində – 28 manat.

İşçiyə onun hər bir ailə üzvünə görə göstərilən müvafiq kompensasiyaların 50 faizi məbləğində əlavə pul kompensasiyası ödənilir.

 

Trend/az