Bakı Metropoliteninin ərazisini zəbt etmiş məcburi köçkünlərin evlərinin boşaldılmasına başlanılıb

Posted by

Bakı Metropoliteninin ərazisini zəbt etmiş məcburi köçkünlərin evlərinin boşaldılmasına başlanılıb

Bakı Metropoliteninin ərazisini zəbt etmiş məcburi köçkünlərin evlərinin boşaldılmasına başlanılıb

Bakı Metropoliteninin ərazisini zəbt etmiş məcburi köçkünlərin evlərinin boşaldılmasına başlanılıb

“Bakı Metropoliteni” QSC “Dərnəgül” Elektrik Deposunun tikintisi üçün ayrılan torpaq sahəsində məcburi köçkünlər tərəfindən qanunsuz tikilən evlərin boşaldılımasına başlanılıb.

Trend-in məlumatına görə, bu gün polis əməkdaşlarının iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin nümayəndələri 7-ci mikrorayon, “Xarici dairəvi” küçəsi, 3126/27-ci məhəlləyə gələrək əraziləri zəbt edən məcburi köçkünlərin evlərini boşaltmağa başlayıblar.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, məcburi köçkünlərə edilən son xəbərdarlığa baxmayaraq, heç bir razılıq əldə olunmayıb və artıq evlərin boşaldılmasına başlanılıb: “Biz 6 məcburi köçkün ailəsinə bütün variantları təklif etdik. Biz yenə də dediyimiz variantların üstündə durmuşuq. Avtomobillərimizi gətirərək onların əşyalarını səliqəli şəkildə yığırıq. Hələlik hər hansı evin sökülməsindən söhbət gedə bilməz. Evlərdəki bütün əşyalar nümayəndələrimiz tərəfindən aktlaşdırılır və evlər boşaldılır. Sonra həmin əşyalar məcburi köçkünlərin özlərinin istədikləri yerə daşınacaq”.

N.Paşayev onu da əlavə edib ki, məcburi köçkünlər bu qərarla razı deyillər və sərt şəkildə narazılıqlarını bildirirlər.

Qeyd edək ki, ərazini zəbt edərək orada evlər tikmiş 6 məcburi köçkün ailəsinə 2 gün öncə “Bakı Metropoliteni” QSC-nin nümayəndələri tərəfindən ərazinin boşaldılmasına dair son xəbərdarlıq edilmişdi.

Xatırladaq ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1 noyabr 1986-cı il tarixli qərarı ilə Bakı Metropoliteninin 3-cü növbəsinin Şimal sahəsinə daxil olan “Dərnəgül” Elektrik Deposunun tikintisi üçün Binəqədi rayonu, 7-ci mikrarayon, “Xarici dairəvi” küçəsi, 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb.

Müəyyən səbəblərdən tikinti işləri müvəqqəti dayandırılmış həmin torpaq sahəsi məcburi köçkünlər və digər mülki şəxslər tərəfindən zəbt olunmuşu. Siyahıyaalınma zamanı müəyyən edilib ki, həmin ərazidə 83-ü məcburi köçkünlərə məxsus olmaqla, cəmi 217 yaşayış sahəsi var. Orada yaşayan yerli sakinlərə kompensasiya ödənilərək ərazidən köçürmələrinə nail olunub. Məcburi köçkünlərin köçürülməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Ərazidə məskunlaşmış 32 məcburi köçkün ailəsinin hər biri mənzillə təmin olunub. Onlardan 26-sı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Mehdiabad qəsəbində mənzillərə köçüblər. Köçməkdən imtina edən digər 6 ailənin də hər birinə Mehdiabad qəsəbində mənzil verilib. Lakin məcburi köçkünlər “Bakı Metropoliteni” QSC-dən əlavə olaraq kompensasiya da tələb ediblər. Metropoliten isə onlara evlərin sökülməsi və tikinti materiallarının daşınması üçün lazım olan texnika və işçi qüvvəsi ilə kömək edəcəyini təklif edib.

Bununla razılaşmaylb “Bakı Metropoliteni”QSC-yə məxsus ərazidən köçmək istəməyən məcburi köçkünlər məhkəmələrə müraciət edərək onların evinin hər kvadratmetrinə görə kompensasiya tələbi ilə iddia irəli sürüblər. Lakin onların bu iddiaları təmin edilməyib.

1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 10 iyul 2013-cü il tarixli qərardadı ilə hazırda iddiaçıların yaşadığı evlərin, həyətlərin dağıdılması, yolun çəkilməsi ilə bağlı müəyyən hərəkətlərin edilməsi Bakı Metropoliteninə qadağan edilsə də, 19 avqust 2013-cü il tarixli qərarı ilə iddiaçıların tələbi rədd edildiyindən, məhkəmə əvvəlki qərardadını ləğv edib və Metropolitenə söküntü işlərinin aparılması üçün qoyduğu qadağanı aradan qaldırıb.

Bununla bağlı Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyası 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin müvafiq qərarını dəyişdirmədən saxlayıb və iddiaçıların kassasiya şikayətini təmin etməyib. Buna görə də ərazidə nəzrdə tutulmuş işlərin aparılması üçün “Bakı Metropoliteni” QSC söküntü işlərini aparmaqda israrlıdır.

 

Trend.az