Azay Quliyev Aİ-nin Azərbaycandakı səfiri ilə görüşüb

Posted by

Azay Quliyev Aİ-nin Azərbaycandakı səfiri ilə görüşüb

Azay Quliyev Aİ-nin Azərbaycandakı səfiri ilə görüşüb

Azay Quliyev Aİ-nin Azərbaycandakı səfiri ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Malena Mard ilə görüş keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun yaranması və fəaliyyət istiqamətləri haqqında səfirə ətraflı məlumat verərək Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı gördüyü işlərdən danışıb və Şuranın təşəbbüsü ilə Milli Məclisdə “Könüllülük fəaliyyəti haqqında” və “İctimai iştirakçılıq” haqqında qanunların qəbul edildiyini bildirib. A.Quliyev Milli Məclisdə üzvü olduğu Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Aİ ilə Azərbaycan arasında imzalanmış readmissiya sazişinin ratfikasiyası məsələsinin Milli Məclisin iclasının gündəliyinə salınması haqqında qərar qəbul olunduğunu qeyd edib.

Səfir M.Mard Azərbaycanda çalışmağından məmnunluğunu bildirərək readmissiya sazişinin imzalanmasının Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu bildirib. Aİ-nın Azərbaycandakı nümayəndəliyi üçün hazırda ölkəmizdə təhsilin inkişafı, qanunun aliliyinin təminatı və regionların inkişafının pioritet sahə olduğunu qeyd edən səfir hər üç istiqamət üzrə vətəndaş cəmiyyəti strukturları ilə əməkdaşlığı vacib hesab etdiklərini qeyd edib.

Xanım M.Mard, eyni zamanda, Aİ-nin ölkəmizdə vətəndaş təşəbbüskarlığının dəstəklənməsi və QHT-lərin yaradılması və inkişafının stimullaşdırılmasına da önəm verdiyini vurğulayıb.

Şura sədri Bakıda və regionlarda QHT-lər üçün Resurs və Təlim mərkəzlərinin yaradılması, Şuranın təhlil və inkişaf bölməsinin işinin təşkili, ölkə QHT-ləri üçün beynəlxalq standartların hazırlanması, qarşılıqlı maraq doğuran sahələrdə birgə qrant müsabiqələrinin həyata keçirilməsində əməkdaşlıq edə biləcəklərini deyib.

Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri qeyd olunan istiqamətlər üzrə Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüşdə QHT-lərin siyasiləşməsi məsələsinə də toxunulub və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

 

Trend.az