BMT İnsan Hüquqları Şurasının məruzəçisi: “Məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır”

Posted by

Azərbaycanda səfərdə olan BMT İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınan şəhərciyi ziyarət edib.

APA-nın məlumatına görə, Ç. Beyani şəhərcikdə salınan 540 şagird yerlik Zəngilan rayon 33 saylı tam orta məktəbi və 280 yerlik “Şəfəq” uşaq bağçası ilə tanış olub. Daha sonra qonaq Binəqədi rayonunda 160 məcburi köçkün ailəsinin məskunlaşdığı İdarəetmə və Texnologiya Kollecinin yataqxanalarında məcburi köçkünlərin yaşayış şəraiti ilə maraqlanıb.

Ç. Beyani jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycana səfəri nəticəsində məcburi köçkünlərlə bağlı hazırlayacağı hesabatı bu ilin oktyabrında BMT Təhlükəsizlik Şurasına, gələn ilin iyulunda isə BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək. O bildirib ki, məcburi köçkünlər öz torpaqlarına qayıtmaq istəyirlər: “Bu gün yataqxanada yaşayan məcburi köçkünlər də Bakıda salınacaq yeni qəsəbələrə yox, ilk növbədə torpaqlarına qayıtmaq istəyirlər. BMT Təhlükəsizlik Şurasına və BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcəyim hesabatlarda məqsəd beynəlxalq aləmin münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini gücləndirməyə nail olmaqdır. Məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır”.

Apa.az