İstanbuldan Lənkərana aviareysin açılması üçün danışıqlar davam etdirilir
Bir il ərzində “Türk Hava Yolları” (THY) aviaşirkətinin İstanbuldan Lənkəran şəhərinə yeni reysinin açılması gözlənilir. Bu barədə Trend-in Almaniyada olan əməkdaşına THY-nin prezidenti və baş direktoru Temel Kotil deyib.
T.Kotilin sözlərinə görə, şirkət yeni reyslərlə bağlı bəzi texniki məsələlər üzrə Lənkəran aeroportu ilə danışıqlar aparır.
Bundan başqa, şirkət mövcud reyslərin sıxlığının artırılması üzrə Azərbaycan tərəfi ilə danışıqlar aparır.
Qeyd edək ki, hazırda THY-nin təyyarələri Azərbaycanın Bakı, Naxçıvan və Gəncə şəhərinə reyslər yerinə yetirir.
İstanbuldan Lənkərana reyslərin bu ilin yayında açılması nəzərdə tutulurdu, lakin tarix ertələnib.
Trend.az