Azərbaycanda 37 min nəfərə işsiz statusu verilib

Posted by

Azərbaycanda 37 min nəfərə işsiz statusu verilib

Azərbaycanda 37 min nəfərə işsiz statusu verilib

Azərbaycanda 37 min nəfərə işsiz statusu verilib

Bu il mayın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 775 min nəfər olub, onlardan 4 538,4 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

 

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu il aprelin 1-nə muzdla işləyənlərin sayı 1510,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 900,7 min nəfər, qeyri-dövlət bölməsində isə 609,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 37,1 min nəfər, qeyri-neft sektorunda isə 1473,3 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1467,3 min nəfər təşkil edib.

 

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8%-i məhsul istehsalı sahələrində, onlardan 7%-i tikintidə, 6,6%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,5%-i mədənçıxarma sənayesində, 2,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olublar.

 

Xidmət sahəsində çalışanların 22,4%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,1%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.

 

Bu ilin yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatları 144,3 saat təşkil edib. Bu il mayın 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,8 min nəfər olub, onların 40,9%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 247,8 manat olub.

 

Apa.az