Malena Mard: “Avropa əmin olmalıdır ki, qaz təminatı kəsilməyəcək”
“Avropa əmin olmalıdır ki, qaz təminatı kəsilməyəcək. Ona görə də sabitliyi təmin etmək üçün çox fəal işləyirik”. APA-nın məlumatına görə, bunu Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Mard “Türkmənistan: sülhün strategiyası və inkişafı – xarici siyasət kursu və Türkmənistan prezidenti Qurbangulu Berdıməhəmmədovun sülh, təhlükəsizlik və davamlı inkişaf naminə təşəbbüsləri” adlanan kitabın təqdimatında çıxış edərkən deyib. O bildirib ki, bir sıra layihələr var ki, AB onları digərlərindən daha çox dəstəkləyir: “Biz resursların istifadə edilməsində birbaşa əlaqələr yaratmaq istəyirik. Əlbəttə ki, Cənub dəhlizi çox vacibdir və Avropa Birliyinin xarici siyasətinin əsas prioritetlərindən biridir. Biz bu dəhlizdən maksimum şəkildə istifadə edəcəyik. Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsi göstərir ki, Avropa şirkətləri qazın diversifikasiya olunmasına hazırdırlar”.
Apa.az