Britaniyanın “RUSİ” Araşdırma Mərkəzi Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinə həsr olunmuş forumun materiallarından ibarət jurnal nəşr etdirmişdir

Posted by

Britaniyanın “RUSİ” Araşdırma Mərkəzi ölkəmizin Birləşmiş Krallıqdakı səfirliyinin dəstəyi ilə ötən ilin iyul ayında Londonda “Günün siyasi gündəminin formalaşması: Avropa kontekstində Britaniya-Azərbaycan münasibətləri” mövzusunda keçirilmiş forumun materiallarından ibarət jurnal nəşr etdirmişdir.

Jurnalda Forumun gündəliyi ətraflı təhlil edilir, müzkirə olunan mövzuların əhəmiyyəti vurğulanır, Britaniya-Azərbaycan münasibətlərinin gələcək inkişafı haqqında məlumat verilir.

Forumun açılışında Avropa məsələləri üzrə dövlət naziri Hon Deyvid Lidingtonun və Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun çıxışlarına da yer verilmişdir.

Müəllif Matthev Villis forumda Azərbaycanın əsrlər boyu əldə etdiyi nailiyyətlərdən, son illərdəki sürətli inkişafından, beynəlxalq arenada özünəməxsus yerinin olduğundan bəhs edildiyini diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlıq məsələləri geniş müzakirə edilmiş, təhsil, ticarət, enerji və bir çox başqa sahələrdə münasibətlərimizin inkişafından bəhs olunmuşdur.

Jurnalda Novruz Məmmədovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə istinad edilmiş, Birləşmiş Krallığın BMT Təhlükəsizlik Şurasına təsiredici mövqeyinə toxunulmuş və ölkəmizə dəstəyinin vacib olduğu vurğulanmışdır.

Forumda, həmçinin həm Avropa İttifaqı, həm də Birləşmiş Krallıq ilə ikitərəfli əlaqələrin inkişafının əhəmiyyəti qeyd edilmiş, Azərbaycanın qısa zaman ərzində çox böyük uğurlara nail olduğu diqqətə çatdırılmışdır.

AzərTac.az