Həmsədrlər Dağlıq Qarabağ separatçılarının lideri ilə görüşüblər
Mayın 18-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Xankəndi şəhərində Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüblər. APA-nın “Armenia today” saytına istinadən verdiyi məlumata görə, görüşün əvvəlində B. Saakyan fransalı yeni həmsədr Pyer Andrieni təbrik edərək onun Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak edəcəyin ümid etdiyini söyləyib.
Münaqişənin həllinə toxunan B. Saakyan qeyd edib ki, müstəqillik və azadlıq Dağlıq Qarabağ üçün müstəsna dəyərlərdir və həm status, həm də sərhədlər məsələsində keçmişə dönüş mümkün deyil.
Apa.az