Elmar Məmmədyarov: BMT Təhlükəsizlik Şurasına üzvlük Azərbaycanın xarici siyasətində yeni səhifə açıb

Posted by

Elmar Məmmədyarov: BMT Təhlükəsizlik Şurasına üzvlük Azərbaycanın xarici siyasətində yeni səhifə açıb

Elmar Məmmədyarov: BMT Təhlükəsizlik Şurasına üzvlük Azərbaycanın xarici siyasətində yeni səhifə açıb

Elmar Məmmədyarov: BMT Təhlükəsizlik Şurasına üzvlük Azərbaycanın xarici siyasətində yeni səhifə açıb

Prezident İlham Əliyevin müəyyən etdiyi kimi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyünün iki illik dövrü ərzində prioritetləri BMT Nizamnaməsi ilə möhkəmləndirilmiş ədalətin və beynəlxalq hüququn aliliyi ideyalarının irəliləyişi idi. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “The Business Year” jurnalına müsahibəsində bildirib.

O, qeyd edib ki, bunları rəhbər tutaraq Azərbaycan qlobal sülhə və təhlükəsizliyə töhfə verməkdən ötrü bu dövrdə öz təcrübəsinə və potensialına görə işlədi: “Biz sülh diplomatiyasına tam inamla, ilk növbədə, BMT Təhlükəsizlik Şurası çərçivəsində konstruktiv dialoqun qurulmasına başladıq”.

E.Məmmədyarovun sözlərinə görə, Azərbaycan BMT TŞ-nin daimi üzvlərinin vəziyyəti dəyişə, nəticələrə təsir edə və regional təhlükəsizliyə konstruktiv töhfə verə bilmələrini nümayiş etdirdi: “BMT TŞ-yə üzvlüyü dövründə Azərbaycan Təhlükəsizlik Şurasının gündəliyində duran bütün məsələlərdə ədalətlilik və qanuna hörmət kimi prinsipial mövqeyini nümayiş etdirdi”.

Nazir deyib ki, bu dövr ərzində Azərbaycan beynəlxalq birlik, o cümlədən BMT-nin üzvləri, hökumətlərarası təşkilatlar və vətəndaş cəmiyyətləri ilə əməkdaşlığın möhkəmləndirilməsi işində qətiyyət nümayiş etdirərək özünü etibarlı tərəfdaş kimi göstərdi: “Həmçinin deyə bilərəm ki, BMT TŞ-yə üzvlük Azərbaycanın xarici siyasətində yeni səhifə açdı. Bu vaxt ərzində bundan sonra da bizim dünya arenasında fəaliyyətimiziə kömək edə biləcək böyük təcrübə toplandı”.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması məsələsində əhəmiyyətinə dair suala cavab verən E.Məmmədyarov qeyd edib ki, Azərbaycan qazını Avropaya çatdıracaq “Cənub Qaz Dəhlizi” regionun və Avropanın enerji xəritəsini dəyişəcək: “Cənub Qaz Dəhlizi” konsepsiyasının yarandığı andan Azərbaycan bu layihənin icrasına daim kömək etmək üçün öz siyasi iradəsini nümayiş etdirir. “Cənub Qaz Dəhlizi” ilə qaz nəqlinin strateji komponenti kimi, Trans-Anadolu qaz kəməri Azərbaycanın bu layihəyə sadiqliyini sübut edir”.

Nazir əlavə edib ki, bu o deməkdir ki, Azərbaycan Avropanın enerji təhlükəziliyinə öz töhfəsini verəcək: “Azərbaycanın enerji siyasəti qarşılıqlı faydalı əməkdaşlıq, istehlakçıların və istehsalçıların maraqlarına, şəffaflığa, etibarlılığa və sabitliyə uyğunluq prinsipləri əsasında işlənib hazırlanıb. Bu məntiqdən çıxış edərək, əminik ki, Trans-Adriatik boru kəməri layihəsi birgə səylərlə Avropa üçün qaz mənbələrinin enerji şaxələndirilməsinə öz əhəmiyyətli töhfəsini verəcək. İstehsalçıların, tranzitçilərin və istehlakçı ölkələrin maraqlarına diqqət sonrakı iqtisadi inkişafa və həmin ölkələrlə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə və bütün istiqamətlərdə dostluğa kömək edəcək”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar danışıqlar prosesinə toxunan E.Məmmədyarov qeyd edib ki, Ermənistanla Azərbaycan arasında davam edən münaqişə əvvəlki kimi beynəlxalq və regional sülh və təhlükəsizlik üçün ciddi problem və təhdid olaraq qalır və Cənubi Qafqazda davamlı regional inkişafa mane olur: “Bizim Ermənistan və Azərbaycan arasında münaqişəyə və onun həllinə baxışımız birmənalıdır və beynəlxalq hüququn təməl prinsiplərinə, BMT-nin və digər beynəlxalq təşkilatların qətnamələrinə əsaslanır. Sülhə, sabitliyə, regional və qarşılıqlı sərfəli əməkdaşlığa alternativ yoxdur”.

Onun sözlərinə görə, Azərbaycan öz hüquqlarına ziyan vurmadan və BMT Nizamnaməsinə uyğun olaraq münaqişənin nizamlanması prosesinə sadiq qalır və Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən qanunsuz işğalına son qoymaq üçün hər şeyi edəcək: “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa olunacaq, zorla evlərindən didərgin salınmış məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaları təmin olunacaq və Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda erməni və azərbaycanlı icmalarının dinc, birgə yaşayışına zəmanət verilib. Biz tam əminik ki, etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsi ilə yanaşı, erməni hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması münaqişənin dinc nizamlanmasının lazımi yoludur”.

XİN rəhbəri bildirib ki, Ermənistan tərəfinin Azərbaycanın heç vaxt razılaşmayacağı beynəlxalq hüququn norma və prinsiplərini təhrif etmək cəhdləri və onun qeyri-real tələbləri münaqişənin nizamlanması prosesinə açıq çağırış təşkil edir və danışıqlar prosesini əhəmiyyətli dərəcədə poza bilər: “Ermənistan rəhbərliyi anlamalıdır ki, konstruktiv yanaşmanın nümayiş olunması və işğalçılıq siyasətindən imtina regionda təhlükəsizliyin səviyyəsini dəyişəcək və sülh danışıqları prosesinə müsbət təsir edəcək”.

 

Trend.az