ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycana mayın 19-da gələcəklər
Mayın 16-da regiona səfəri başlayacaq ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana səfərinin tarixi məlum olub.
APA-nın əldə etdiyi xəbərə görə, vasitəçilər Azərbaycana mayın 19-da gələcəklər.
Səfər çərçivəsində diplomatların Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya açıqlamasında həmsədrlərin Azərbaycana mayın 19-da səfər edəcəklərini təsdiqləyib.
Qeyd edək ki, həmsədrlər Azərbaycanın işğal altına olan Xankəndi şəhərinə də səfər edəcəklər.
Apa.az