Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenkonu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenkonu qəbul etmişdir.
Görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olundu, Forumun regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.
AzərTac.az