Təhsil naziri İsmayıllı şəhərində vətəndaşları qəbul etmişdir

Posted by

Təhsil naziri İsmayıllı şəhərində vətəndaşları qəbul etmişdir

Təhsil naziri İsmayıllı şəhərində vətəndaşları qəbul etmişdir

Təhsil naziri İsmayıllı şəhərində vətəndaşları qəbul etmişdir

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciətlərinin, şikayət və təkliflərinin operativ həlli üçün konkret tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, növbəti belə bir qəbul aprelin 21-də İsmayıllıda təhsil naziri Mikayıl Cabbarov tərəfindən keçirilmişdir.

Nazirliyin müvafiq struktur rəhbərlərinin iştirakı ilə İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşların müraciətləri dinlənilmişdir.

Qəbula gələnlər əsasən işə qəbul, diplomların tanınmasında yaranmış problemlər, təhsil haqqı, xaricdə təhsil, məktəb və uşaq bağçalarının tikintisi, təmiri və sair məsələlərlə bağlı müraciət etmişlər.

Hər bir müraciət nazir tərəfindən diqqətlə dinlənilmiş, bir çoxu yerindəcə həll olunmuşdur. Bir sıra müraciətlərin araşdırılaraq həll olunması üçün müvafiq qurumlara konkret tapşırıqlar verilmişdir.

Vətəndaşlar səmimi münasibətdən və yaradılmış şəraitdən razılıqlarını ifadə etmiş, yerlərdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olan Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Həmin gün nazir M. Cabbarov təhsilə cəlb edilən sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirmiş, onların təhsili, cəmiyyətə inteqrasiyası, elektron resurslardan istifadə imkanları ilə maraqlanmış, bu sahədə konkret tapşırıqlar vermişdir. Sağlamlıq imkanları məhdud olan 17 şagirdə nootbuklar hədiyyə edilmişdir.

 

AzərTac.az