Azərbaycanla Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib

Posted by

Azərbaycanla Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanla Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanla Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Qazaxıstanın müdafiə naziri Serik Axmetovu qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyində Qazaxıstanın müdafiə naziri S.Axmetovu qarşılanma mərəsimi keçirilib. Qazaxıstanın müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib və hər iki ölkənin dövlət himni səsləndirilib. Rəsmi protokola uyğun olaraq Qazaxıstanın müdafiə naziri “Şərəf kitabı”nı imzalayıb.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə isə müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində mövcud əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edib, dövlətlərimizin regional təhlükəsizliyi məsələləri müzakirə olunub.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu, problemin beynəlxalq hüquq normalarına uyğun həllinə nail olunmasının vacibliyini bildirib.

Öz növbəsində, qonaq dövlətlərimizin əlaqələrinin möhkəm dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını, Qazaxıstanla Azərbaycanın iqtisadi, siyasi, hərbi sahədə yaxın mövqedən çıxış etməsi ilə yanaşı, Xəzər dənizi məsələsində də vacib tərəfdaş olduqlarını qeyd edib.

Sonra Azərbaycan-Qazaxıstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Amangeldı Jumabayev də iştirak edib.

Qeyd edək ki, görüşdən öncə S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyub.

 

Trend.az