Bu il Azərbaycanda sığorta olunanların sayı 65 min nəfər artıb
Azərbaycanda fərdi uçot sistemində 2 mln. 750 mindən çox sığorta olunan qeydiyyata alınıb.
“APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Fərdi uçotun təşkili şöbəsinin müdiri Nigar Pənahova bildirib.
O, qeyd edib ki, bu rəqəmlər 2006-cı ilin yanvarın 1-dən bu günə qədər olan dövrü əhatə edir.
N. Pənahovanın sözlərinə görə, sosial sığorta sistemində fərdi uçota alınanların sayı 2013-cü il ərzində 425 min nəfərdən çox artıb.
“2014-cü ilin yanvar ayının 1-dən indiyə qədər sığorta olunanların sayı 65 min nəfər artıb. 17 634 nəfər əcnəbinin isə fərdi şəxsi hesabı açılıb”, – deyə N. Pənahova qeyd edib.
Apa.az