İqtisadiyyat və sənaye naziri Siyəzən şəhərində vətəndaşları qəbul etmişdir

Posted by

İqtisadiyyat və sənaye naziri Siyəzən şəhərində vətəndaşları qəbul etmişdir

İqtisadiyyat və sənaye naziri Siyəzən şəhərində vətəndaşları qəbul etmişdir

İqtisadiyyat və sənaye naziri Siyəzən şəhərində vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, aprelin 12-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində bu rayondan və Şabrandan olan 50-yə yaxın vətəndaşı qəbul etmişdir.

Vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin yaradılması, əkin sahələrinin su təchizatı, sosial və digər məsələlərlə bağlı müraciət etmiş, təkliflərini bildirmişlər.

Vətəndaşların müraciətləri diqqətlə dinləyən Şahin Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, bir sıra vətəndaş müraciətləri yerindəcə həllini tapmışdır.

Nazirliyin səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Qəbulda, həmçinin sahibkarların bir sıra təklifləri müzakirə edilmiş, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, istixanaların yaradılması, ət kəsimi və emalı müəssisəsinin təşkili və digər sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.

Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulunun təşkilinə yaradılan şəraitə görə Azərbaycan dövlətinin başçısına minnətdarlıqlarını bildirmişlər.

 

AzərTac.az