Kanada xarici işlər nazirinin Azərbaycana səfəri təxirə salındı
Kanadanın xarici işlər naziri Con Beyrdin Azərbaycana rəsmi səfəri təxirə salınıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kanadanın sabiq maliyyə naziri Cim Flaertinin vəfatı ilə əlaqədar bu ölkədə keçiriləcək dövlət anım tədbirində iştirakı səbəbindən Kanadanın xarici işlər naziri C.Beyrdin Azərbaycana cari ilin 13-14 aprel tarixlərində nəzərdə tutulmuş rəsmi səfəri təxirə salınıb.
Trend.az