İranın Sərhəd Polisi Komandanlığı: Azərbaycanla hər hansı sərhəd dəyişikliyi baş verməyib

Posted by

İran və Azərbaycan sərhədlərində heç bir dəyişiklik baş verməyib və iki ölkənin ərazisindən digər ölkənin ərazisinə heç bir torpaq sahəsi birləşdirilməyib. Trend-in məlumatına görə, bu sözləri İranın Sərhəd Polisi komandanının beynəlxalq məsələlər üzrə müavini general Həsən Mömini deyib.

H.Mömini bildirib ki, yalnız Culfa sərhəd keçid məntəqəsində açılmış yeni körpünün üzərində sərhəd xətti müəyyənləşdirilib və bundan başqa heç bir dəyişiklik baş verməyib.

Qeyd edək ki, İran Sərhəd Polisinin komandanı Hüseyn Zülfüqari bir müddət öncə ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında (İranda il mart ayının 21-də dəyişir) İran və Azərbaycan arasında sərhəddə mövcud olan mübahisəli ərazi ilə bağlı məsələyə toxunaraq demişdi ki, İran və Azərbaycan arasında Naxçıvan MR-in Culfa sərhəd keçid məntəqəsində körpünün üzərində mübahisəli ərazi var idi, müzakirələr nəticəsində bu ərazi ilə bağlı məsələ öz həllini tapdı və 44 metr sahə İran ərazisinə birləşdirildi.

H.Mömini deyib ki, Culfa sərhəd keçid məntəqəsində yeni körpünün üzərində sərhəd xəttinin müəyyənləşdirilməsi birgə protokol hazırlanaraq təyin olunub və yeni körpü fevral ayının 12-də istifadəyə verilib.

Onun sözlərinə görə, yeni körpünün istifadəyə verilməsi İran və Azərbaycanın sərhəd zonasında yaşayan əhalisinin rifahı və sərhədyanı əlaqələrin inkişafına müsbət rol oyanaya bilər.

Trend.az