04 aprel 2014-cü il tarixində Psixoloji “Xidmət Mərkəzi”nin ilk təlimi keçirildi
Məlum olduğu kimi “İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 1 mart 2014-cü il tarixindən etibarən Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji “Xidmət Mərkəzi”nin yaradılması layihəsinin icrasına başlamışdır. Layihə çərçivəsində universitetlərin psixologiya fakültələrində təhsil alan tələbələr üçün təlim keçirilmişdir.
Təlimin keçirilməsinin əsas məqsədi Bakı şəhərində yaşayan müharibə itkin düşmüş şəxslərin ailələrinin psixo-sosial sahələrdəki dəstək xidmətlərinə çıxışını təmin etmək üçün tədbirlərin görülməsi, “Xidmət Mərkəzi”ni qurmaqla universitetlərin psixologiya fakültələrində təhsil alan tələbələrinin bir çoxunun bu sahədə ixtisaslaşmasına kömək etmək və onların mərkəzin işinə könüllü kimi cəlb etməkdir.
Təlim müddətində “Xidmət Mərkəzi”nin yaradılmasından, fəaliyyətindən, müharibədə öz ailə üzvlərini itirmiş şəxslərin psixo-sosial çətinliklərinin azaldılması istiqamətində bu günə qədər görülmüş işlərdən söz açılmış, təlimçilərimiz öz təcrübələrini iştirakçılarla bölüşmüşlər.
Bildirmək istərdik ki, İnsan Hüquqları XXI əsr- Azərbaycan” Fondunun nəzdində fəaliyyət göstərən İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi 01 mart 2014-cü il tarixdən etibarən psixoloji “Xidmət Mərkəzi” kimi fəaliyyət göstərməyə başlamışdır.
Mətbuat xidməti
08.04.2014