Müdafiə Nazirliyi: Təmas xəttində partlayışa müharibə dövründən qalma tank əleyhinə mina səbəb olub

Posted by

Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlamasının nəticələrini şəxsən araşdırmaq üçün bu gün hadisə yerində olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və bir qrup zabit heyəti Bakıya qayıdıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilkin araşdırmaya görə partlamaya müharibə dövründən qalma tank əleyhinə mina səbəb olub. Mina çox dərində yerləşdiyindən, onun xüsusi avadanlıqla aşkar edilməsi mümkün olmayıb, ərazidə aparılan qazıntı nəticəsində partlayış baş verib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Müdafiə Nazirliyi rəhbərliyi həlak olan hərbi qulluqçuların valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Qeyd edək ki, mina partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb.

Trend.az