AMEA Botanika İnstitutunun doktorantı Özbəkistanda elmi ezamiyyətdə olub

Posted by

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun doktorantı Aynurə Cəfərova Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən “Kür-Araz ovalığının az məhsuldar torpaqlarının bərpası üçün bioloji yanaşmalar” mövzusunda müştərək layihə çərçivəsində Özbəkistanda elmi ezamiyyətdə olub.

Botanika İnstitutu Elmi İnformasiya və İnnovasiya şöbəsindən APA-ya verilən xəbərə görə, səfər zamanı Özbəkistan Elmlər Akademiyasının Bitki və heyvanlar aləmi Genofondu İnstitutunda və Səmərqənd Dövlət Universitetində Kür-Araz ovalığında şoranlaşma üstünlük təşkil torpaqların və bu ərazilərdə yayılan bitki növlərinin kimyəvi tərkibi və strukturu tədqiq edilib.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycanda şoran torpaqların bərpası və heyvandarlığın inkişafı üçün davamlı qida bazasının yaradılması, deqradasiya olunmuş otlaqların yaxşılaşdırılması, aqromeşəçiliyin inkişafı üçün innovativ texnologiyaların tətbiq edilməsi və qiymətləndirilməsidir.

Apa.az