Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq sərgidə iştirak edəcək
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, martın 24-dən 27-dək Doha şəhərində (Qətər) “DİMDEX-14” sərgisi keçiriləcək.
Bundan əlavə, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən martın 24-dən 28-dək Oberammerqau şəhərində (Almaniya) NATO qərargah zabitləri üçün tanışlıq kursu və Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən martın 25-dən 28-dək Kaunas şəhərində (Litva) “Döyüş şəraitində yaralıların müalicəsi” kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
Trend.az