Taner Yıldız: Azərbaycan investisiyaları Türkiyədə siyasi sabitliyin sübutudur
Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırdığı investisiyalar ölkədəki siyasi sabitliyin əyani sübutudur. Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycanı təksə siyasi əlaqələr deyil, həmçinin müştərək iqtisadi layihələr birləşdirir.
T.Yıldız qeyd edib ki, Azərbaycan-Türkiyə uğurlu əməkdaşlığının nəticələrindən biri regiondakı vacib enerji layihəsi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsidir: “Hər iki ölkə hazırda bu layihənin reallaşdırılması üzərində çalışır”.
Qeyd edək ki, TANAP layihəsi “Şahdəniz” yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinədək nəqlini nəzərdə tutur.