Yararsız məhsullar satışdan çıxarılmışdır

Posted by

Yararsız məhsullar satışdan çıxarılmışdır

Yararsız məhsullar satışdan çıxarılmışdır

Yararsız məhsullar satışdan çıxarılmışdır

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinq keçirmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, monitorinqlər zamanı Bakının Qaradağ, Xəzər, Binəqədi rayonlarında, eləcə də Sumqayıt, Ağstafa, Ağdam, Qazax, Naftalan, Goranboy, Mingəçevir, Bərdə, Quba, Siyəzən, Şabran, Şamaxı, Şəki, Zaqatalada mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır. Ümumilikdə 850 kiloqramdan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları satışdan çıxarılaraq məhv edilmişdir.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

 

AzərTac.az