Böyük Britaniya Krımın müstəqilliyini tanımır

Posted by

Böyük Britaniya Krımın müstəqilliyini tanımır

 

Böyük Britaniya Krımın müstəqilliyini tanımır

Böyük Britaniya Krımın müstəqilliyini tanımır

 

Böyük Britaniya hökuməti Rusiyanın Krımı müstəqil dövlət kimi tanımaq qərarının əleyhinə çıxıb. Trend-in çərşənbə axşamı “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Britaniyanın xarici işlər naziri Uilyam Heyqin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Britaniya və onun müttəfiqləri üçün Krım Ukraynanın tərkibində qalır: “Biz Avropanın müstəqil dövlətinin ərazisinin bir hissəsinin hərbi güc və qanunsuz referendum yolu ilə qəsb olunmasını müşahidə edirik”.

Bununla əlaqədar olaraq, U.Heyq mövcud böhrandan çıxmaq üçün Rusiyanı Ukrayna və beynəlxalq təşkilatlarla dialoq qurmağa çağırıb.

 

Trend.az