Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin tarixi açıqlandı
Xəzəryanı ölkələr bu ilin sentyabrında dövlət başçılarının sammitindən öncə aprelin 22-də Həştərxanda xarici işlər nazirlərinin görüşünün keçirilməsinə dair razılığa gəliblər. Trend-in məlumatına görə, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan bu gün İSNA agentliyinə müsahibəsində deyib.
O bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin də sentyabrın 29-da Həştərxanda keçirilməsi planlaşdırılır. Sammitdə Xəzərin hüquqi statusu və ekologiyası ilə bağlı məsələlər müzakirə olunacaq.
L.Caqaryan deyib ki, Xəzəryanı ölkələr arasında xəzərin hüqusi stastutu ilə bağlı ixtilaflar var və biz çalışırıq ki, beş ölkə arasında razılıq əldə olunsun.
Trend.az