Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın roluna həsr olunmuş tədbir keçirilir

Posted by

Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın roluna həsr olunmuş tədbir keçirilir

Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın roluna həsr olunmuş tədbir keçirilir

Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın roluna həsr olunmuş tədbir keçirilir

İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın rolu: nailiyyətlər və perspektivlər” mövzusunda tədbir keçirilir.

AzərTAc xəbər verir ki, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov çıxış edərək, Azərbaycanda sahibkarlığın inkişafının iqtisadiyyatın prioritet istiqamətlərindən olduğunu, ölkədə innovativ sahibkarlığın stimullaşdırılması və inkişafı üçün özəl bölməyə xüsusi diqqət yetirildiyini diqqətə çatdırmışdır. Nazir müavini demişdir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, məşğulluqda özəl sektorun payı 73,9 faizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlmiş, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80 faizi ötmüşdür.

ASK-nın prezident Məmməd Musayev Azərbaycanda özəl bölmənin inkişafına daim diqqət göstərildiyini, ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması və inzibati prosedurların sadələşdirilməsi ilə bağlı mütəmadi tədbirlərin görüldüyünü qeyd etmişdir.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxışında bazar iqtisadiyyatının təməl prinsiplərinə uyğun olaraq ölkəmizdə yeni institusional islahatların uğurla həyata keçirildiyini, iqtisadiyyatın dinamik inkişafının təmin edilməsində bu islahatların böyük rol oynadığını bildirmişdir. Z.Səmədzadə Prezidentin Fərmanında qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması üçün bir sıra qanunların qəbul olunması və qanunvericilik aktlarına ediləcək dəyişikliklər barədə danışmışdır.

Tədbir çərçivəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə ASK arasında anlaşma memorandumu imzalanmışdır.

 

AzərTac.az