Azərbaycanda iki zəlzələ olub

Posted by

Azərbaycanda iki zəlzələ olub

Azərbaycanda iki zəlzələ olub

Azərbaycanda iki zəlzələ olub

Bu gün Azərbaycanda ardıcıl iki zəlzələ baş verib.

 

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, ilk zəlzələ yerli vaxtla saat 04:58:22-də Qubadan 42 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.0, dərinliyi 3 km olub. Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

 

İkinci zəlzələ isə yerli vaxtla saat 06:20:52-də Lənkərandan 22 km şimal-qərbdə qeydə alınmışdır. Zəlzələ yaxın yaşayış məntəqələrində 4-3 bal gücündə hiss olunub. Yeraltı təkanın maqnitudası 4.2, dərinliyi 42 km olub.

 

Apa.az