İlham Əliyev İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidentini qəbul edib

Posted by

Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti xanım Debora Serakkianinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Azərbaycanla İtaliya arasında yaxşı əməkdaşlığın mövcud olduğunu vurğulayan dövlət başçısı ölkəmizin İtaliyanın müxtəlif regionları ilə yaxın əlaqələr qurmaqda maraqlı olduğunu deyib.

İqtisadi sahədə İtaliyanın ölkəmizin əsas tərəfdaşlarından biri olduğunu bildirən İlham Əliyev digər sahələrdə də əlaqələrimizin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd edib.

Öz növbəsində D.Serakkiani təmsil etdiyi regionun Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə əlaqələrimizin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Apa.az