“Microsoft” yeni proqramların Azərbaycan dilinə lokallaşdırılması üzrə işlərə başlamışdır

Posted by

“Microsoft Azerbaijan” şirkəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Microsoft”un əməliyyat sistemlərinin və ofis paketlərinin növbəti versiyalarının Azərbaycan dilinə lokallaşdırılması ilə bağlı danışıqlar aparır. Yeni versiyaların lokallaşdırılması üzrə işlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə aparılacaqdır.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanda son zamanlar “Microsoft”un lisenziyalı proqramlarının satış həcmləri əhəmiyyətli dərəcədə artmışdır. Şirkət buna, qurğularda öncədən quraşdırılmış və avtomatik işə salınan lisenziyalı “Microsoft 8.1” əməliyyat sistemlərinin tətbiqi nəticəsində nail olmuşdur.

AzərTac.az