Ceyms Uorlik: “Ümid edirik ki, bu ay Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq”
“Ümid edirik ki, bu ay Azərbaycan və Ermənistan prezidentləri arasında görüş baş tutacaq”.
APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün “Twitter” sosial şəbəkədəki səhifəsində yazıb.
O əlavə edib ki, yalnız dövlət başçıları sülh problemi ilə bağlı çətin məsələləri müzakirə edə bilərlər.
Qeyd edək ki, martın 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə görüş keçirib.
Görüşdə Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər Jak For, İqor Popov və Ceyms Uorlik, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.
Paris görüşündə münaqişənin nizamlanması ətrafında danışıqlar prosesində mövcud vəziyyət müzakirə edilib.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Moskvada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər.
Apa.az