Sağlamlıq imkanları məhdud şəxslər üçün bərpa mərkəzlərində müasir tələblərə uyğun şərait yaradılacaq

Posted by

Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara bərpa-müalicə xidməti göstərən müəssisələrdə xidmət səviyyəsinin yüksəldilməsi, belə müəssisələrdə müasir tələblərə cavab verən şəraitin yaradılması məqsədilə yaxın vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt, Yevlax, Naftalan şəhərlərindəki Əlillərin Regional Bərpa Mərkəzlərində, habelə Bakı şəhər Uşaq Bərpa Mərkəzində və Mərdəkan Müalicə Pansionatında əsaslı təmir işlərinə başlanılacaq.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təmir işləri başa çatdırıldıqdan sonra həmin müəssisələrin müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchizatı həyata keçiriləcək. Eyni zamanda, nazirliyin tabeliyindəki belə mərkəzlərdə tibbi bərpa ilə yanaşı, beynəlxalq təcrübə əsasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, hazırda nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzində və Respublika Əlillərin Bərpa Mərkəzində əsaslı təmir işləri aparılır və yaxın aylarda bu bərpa mərkəzləri yüksək səviyyədə yenidən qurularaq istifadəyə veriləcək.

Trend.az