Azərbaycanın Qax və İtaliyanın Bormio şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanmışdır

Posted by

Azərbaycanın Qax və İtaliyanın Bormio şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanmışdır

Azərbaycanın Qax və İtaliyanın Bormio şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanmışdır

Azərbaycanın Qax və İtaliyanın Bormio şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanmışdır

Martın 8-də İtaliyada Qax və Bormio şəhərlərinin qardaşlaşması haqqında sənədin imzalanma mərasimi olmuşdur.

Tədbirdə ölkəmizin İtaliyadakı səfiri Vaqif Sadıqov, Qax Rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyev, Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Azər Kərimli, Bormionun meri Cüzeppe Okki, bu şəhərin yerləşdiyi Lombardia region hökumətinin təmsilçiləri, meriyanın əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Əvvəlcə mərasimdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmış, şəhərlərin qardaşlaşmasının əhəmiyyəti vurğulanmışdır. Bildirilmişdir ki, sənədin imzalanması Qax ilə Bormio şəhərləri arasında əməkdaşlıq istiqamətlərinin və layihələrin təsbit olunmasında mühüm önəm kəsb edir.

Sonra Azərbaycanın Qax və İtaliyanın Bormio şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanmışdır.

Musa Şəkiliyev və Cüzeppe Okki tərəfindən imzalanmış sənəddə iki şəhər arasında mədəniyyət, humanitar, elm, incəsənət təhsil, iqtisadi-sosial və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadilələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, İtaliya və Azərbaycan şəhərləri arasında daha sıx əlaqələrin yaradılması baxımından əhəmiyyətli addım qardaşlaşma münasibətlərinin qurulması ənənə halını almışdır. Artıq Genuya ilə Sumqayıt, Çerveteri ilə Lənkəran, Valmontone ilə Göyçay, Pozitano ilə Naftalan şəhərlərinin qardaşlaşmasına dair müvafiq əməkdaşlıq sənədləri imzalanmışdır. Həmçinin Turin ilə Gəncə vä Florensiya ilə Şəki ilə bağlı razılıq əldə olunmuşdur.

 

Apa.az