Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunacaq
Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən martın 10-da Bakı şəhərində Azərbaycan Respublikası və Birləşmiş Krallığın Müdafiə Nazirlikləri arasında qərargah danışıqları keçiriləcək.
Danışıqlarda növbəti illərdə iki ölkə arasında hərbi əməkdaşlığın konturları müzakirə ediləcək.
Trend.az