Lökbatanda təbii qazdan baş verən kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açılıb

Posted by

Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində bir neçə beşmərtəbəli yaşayış binasında təbii qazdan baş verən kütləvi zəhərlənmə ilə bağlı Bakı şəhər prokurorluğunda cinayət işi açılıb. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd edək ki, martın 5-də Lökbatan qəsəbəsində V.Əsgərov keçəsindəki bir neçə yaşayış binasının sakinləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.

Hadisə yerindən daha öncə Trend-ə bildiriblər ki, sakinlərin ən azı 80-dən artığı təbii qazdan zəhərlənib. Buna səbəb qazın kəsilməsi, sonradan isə buraxılması olub.

“Azəriqaz”dan” daha öncə Trend-ə verilən məlumata görə, insanların zəhərlənməsi odorant maddəsinin həddən artıq yüksək dozası nəticəsində baş verib. Bu maddə təbii qaza əlavə olunur və qazın sızmasının müəyyən edilməsində istifadə olunur.

“Azəriqaz” İstehsalat Birliyi (İB) və ARDNŞ-nin Qaz İxracı İdarəsi qazın tərkibinə həddən artıq odorant maddəsinin əlavə edilməsinin səbəblərini araşdırır.

Qeyd edək ki, qeyri-rəsmi məlumata görə, sakinlərdən biri dünyasını dəyişib. Lakin onun təbii qazdan zəhərlənmədən və yaxud başqa səbəbdən öldüyü dəqiq bilinmir.

Trend.az