Dövlət qurumlarında çalışan elmi dərəcəsi olan işçilərin vəzifə maaşlarına əlavələrin məbləği 2 dəfə artırılıb

Posted by

Dövlət qurumlarında çalışan elmi dərəcəsi olan işçilərin vəzifə maaşlarına əlavələrin məbləği 2 dəfə artırılıb

Dövlət qurumlarında çalışan elmi dərəcəsi olan işçilərin vəzifə maaşlarına əlavələrin məbləği 2 dəfə artırılıb

Dövlət qurumlarında çalışan elmi dərəcəsi olan işçilərin vəzifə maaşlarına əlavələrin məbləği 2 dəfə artırılıb

Nazirlər Kabineti “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında”, “Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında” və “Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi və ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin müəyyən edilməsi haqqında” qərarlarında dəyişikliklər edib.

 

APA-nın verdiyi məlumata görə, indiyədək bələdiyyə təhsil müəssisələrində ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədlərinin) elmi dərəcəyə görə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq 30 manat, fövqəladə hallar orqanlarında öz ixtisası üzrə xidmət edən “Elmlər doktoru” elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 50 manat, fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 30 manat, ədliyyə orqanlarında çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 50 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərin vəzifə maaşlarına 30 manat məbləğində əlavələr müəyyən edilib.

 

Dəyişikliklərə əsasən, bu əlavələrin məbləği 2 dəfə artırılıb. Bələdiyyə təhsil müəssisələrində ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədlərinin) elmi dərəcəyə görə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq 60 manat, fövqəladə hallar orqanlarında öz ixtisası üzrə xidmət edən “Elmlər doktoru” elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 60 manat, ədliyyə orqanlarında bilavasitə ixtisası üzrə çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 100 manat, bilavasitə ixtisası üzrə çalışan elmlər namizədi alimlik dərəcəsi olan işçilərin vəzifə maaşlarına 60 manat məbləğində əlavələr müəyyən edilib.

 

Apa.az