Azərbaycanda bəzi sığorta şirkətləri təkrar sığorta fəaliyyəti üzrə lisenziya alıblar

Posted by

Azərbaycan Maliyyə Nazirliyi ölkənin beş sığorta şirkətinə təkrar sığorta fəaliyyəti üzrə müddətsiz lisenziya verib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Bildirilir ki, fevralın 27-də “Paşa Sığorta” şirkətinə, fevralın 28-də “Meqa Sığorta”, “AzSığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta” şirkətlərinə lisenziya verilib.

Daha bir neçə sığorta şirkəti lisenziya almaq üçün nazirliyə müraciət etməklə bağlı niyyətlərini açıqlayıblar.

Ötən ilin sonlarında Azərbaycanda sığorta qanunvericiliyinə edilən dəyişikliklərə görə, sığorta edənlər təkrar sığorta əməliyyatlarının aparılması üçün fəaliyyətin bu növü üzrə ayrıca lisenziya almalıdırlar.

Azərbaycanda 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Trend.az