Milli Məclis Ombudsmanın hesabatını qəbul edib
Azərbaycan Milli Məclisi İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) illik hesabatını qəbul edib.
APA-nın məlumatına görə, Ombudsman Elmira Süleymanova hesabatı təqdim etdikdən sonra hesabat ətrafında müzakirələr olub, deputatlar hesabatla bağlı fikirlərini bildiriblər.
Müzakirələrdən sonra Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2013-cü ilə dair hesabatı səsə qoyaraq qəbul edilib.
Apa.az