Mərkəzi və yerli icra orqanlarının informasiya açıqlığı üzrə reytinq siyahısı açıqlanıb

Posted by

Mərkəzi və yerli icra orqanlarının informasiya açıqlığı üzrə reytinq siyahısı açıqlanıb

 

Mərkəzi və yerli icra orqanlarının informasiya açıqlığı üzrə reytinq siyahısı açıqlanıb

Mərkəzi və yerli icra orqanlarının informasiya açıqlığı üzrə reytinq siyahısı açıqlanıb

 

Bu gün Multimedia Mərkəzi dövlət qurumlarının informasiya açıqlığı vəziyyəti ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb.

 

APA-nın verdiyi məlumata görə, informasiya açıqlığı üzrə reytinq cədvəli 2013-cü il iyulundan 2014-cü ilin yanvarına qədər olan dövrü əhatə edir və monitorinqə 74 mərkəzi, 67 yerli icra orqanı daxil edilib.

 

Monitorinqin mərkəzi və yerli icra qurumlarının saytlarında yerləşdirilən məlumatlar və elektron xidmətlər üzərində aparıldığını söyləyən Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, 74 mərkəzi icra qurumu üzrə orta informasiya açıqlığı 39%-dir. Ötən il bu rəqəm 33,5% olub. 67 yerli icra qurumları üzrə orta informasiya açıqlığı 14%-dir. Ötən il bu rəqəm 13,5% olub. Yalnız icra orqanları üzrə orta informasiya açıqlığı 12%-dir. Ötən il isə bu göstərici 7% olub. Mərkəzi icra orqanları arasında ən yuxarı 10 yer üzrə orta informasiya açıqlığı 65%-dir, keçən il bu göstərici 59% olub. Ən aşağı 10 yer üzrə informasiya açıqlığı səviyyəsi isə 16%-dir, keçən il 12% olub.

 

İnformasiya açıqlığı üzrə mərkəzi icra orqanları arasında reytinq cədvəlində ilk onluqda Vergilər Nazirliyi (74%), Dövlət Sosial Müdafiə Fondu (67%), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (65,5%), Baş Prokurorluq (64%), Daxili İşlər Nazirliyi (63,5%), Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (63%), Mərkəzi Bank (62,5%), Ədliyyə Nazirliyi (59%) və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentiliyi qərarlaşıb. Son onluqda isə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sığorta Kommersiya Şirkəti, “Azərenerji” ASC, Nazirlər Kabineti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Milli Teleradio Şurası yer alıb.

 

Osman Gündüz qeyd edib ki, mərkəzi icra orqanları arasında informasiya açıqlığının səviyyəsinin 39% olmasının günahı informasiya ombudsmanı səlahiyyətlərinin yerinə yetirilməməsi ilə bağlıdır: “İki ildir ki, yaradılması barədə qərar verilmiş bu qurum fəaliyyət göstərmir. Əslində informasiya açıqlığı ilə bağlı məsələlərlə bu qurum məşğul olmalıdır”.

 

Şəhər və rayon icra orqanlarının informasiya açıqlığı üzrə ilk üçlüyə Binəqədi Rayon İcra Hakimiyyəti (22,5%), Şirvan Şəhər İcra Hakimiyyəti (22,2%), Sabunçu Rayon İcra Hakimiyyəti (21,7%), son üçlükdə isə Xızı Rayon İcra Hakimiyyəti (5,5%), Qusar Rayon İcra Hakimiyyəti (6%) və Şuşa Rayon İcra Hakimiyyəti (6,5%) qərarlaşıb.

 

Tədbirdə Multimedia Mərkəzinin Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura ilə birgə hazırladığı kütləvi və sosial-ictimai əhəmiyyət kəsb edən xidmətlərin siyahısı da təqdim olunub. 120 xidmətin daxil olduğu siyahıda 83 xidmət də yer alıb ki, bu xidmətlər yenidir və hökumət tərəfindən təsdiq olunmuş xidmətlər siyahısında yoxdur. Bu vacib xidmətlərin indiyədək cəmi 18-i Elektron Hökumət Portalına yerləşdirilib. Bu siyahı sonda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinə təqdim olunacaq.

 

Apa.az