Qüdrət Həsənquliyev Azərbaycanda xəstə uşaqların xaricdə müalicəsi ilə bağlı xüsusi fond yaradılmasını təklif edib

Posted by

Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı Azərbaycanda xəstə uşaqların xaricdə müalicəsi ilə bağlı xüsusi fondun yaradılması təklif olunub.

APA-nın məlumatına görə, deputat Qüdrət Həsənquliyev bununla bağlı yeni təkliflə çıxış edib.

O qeyd edib ki, son vaxtlar xeyli uşaqlar müxtəlif xəstəliyə yoluxur və bəzi xəstəliklərin müalicəsi Azərbaycanda mümkün olmur: “Çox sağ olsun Heydər Əliyev Fondu ki, bu məsələlərdə xeyli dəstək nümayiş etdirir. Lakin bu tam yetərli deyil. Məsələn, bu yaxınlarda Nərmin Hüseynlinin müalicəsi üçün keçirilən kampaniya zamanı bir qrup gənc mənə müraciət etmişdi. Ona görə təklif edirəm ki, bu məsələlərə aid xüsusi fond yaradılsın və bu cür xəstələrin xaricdə müalicəsi bu fond vasitəsilə həyata keçirilsin. Hətta bir sıra iş adamları da ora vəsait də köçürə bilər”.

Apa.az