Bakıda “Yaşlı nəslin təcrübəsindən faydalanaq” layihəsi çərçivəsində “dəyirmi masa” keçirilib

Posted by

Bakıda "Yaşlı nəslin təcrübəsindən faydalanaq" layihəsi çərçivəsində "dəyirmi masa" keçirilib

 

Bakıda “Yaşlı nəslin təcrübəsindən faydalanaq” layihəsi çərçivəsində “dəyirmi masa” keçirilib

Bakıda "Yaşlı nəslin təcrübəsindən faydalanaq" layihəsi çərçivəsində "dəyirmi masa" keçirilib

 

03 mart 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı dəyirmi masa keçirildi.

İcra Hakimiyyətindən Trend-ə bu gün verilən məlumata görə, tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, ziyalılar, fəal gənclər və digər qonaqlar iştirak edirdilər.

Öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib önünə güllər düzərək, dahi şəxsiyyətə ehtiramlarını bildirdilər.

Tədbiri giriş nitqini ilə açan Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova hər bir xalqın inkişafında öz dövlətçiliyini, milli mənəvi dəyərlərini qoruyub saxlamasında ailə institutunun mühüm yeri olduğunu qeyd etdi. Azərbaycanda tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafında mühüm rol oynamışdır. Müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Bu gerçəkliyi daim nəzərə alan ulu öndər Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Ölməz rəhbərimiz haqlı olaraq qeyd etmişdir: “Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycançılığını, öz dilini, dinini, milli ənənlərini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır” fikrini səsləndirdi.

Öz növbəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək qeyd etdi ki, qloballaşan dünyada ən aktiv və bariz məqamlardan biri sosial mənəvi mühitin saflığının təmin olunması məsələsidir. Qarşımızda duran əsas məsələ gənclərdə özünü müdafiə, sosial instinktin formalaşmasıdır ki, bu istiqamətdə də alimlərimizin, ziyalılarımızın, ağsaqallarımızın, ağbirçəklərimizin üzərinə böyük məsuliyyət düşür. Layihənin də yaşlı nəsil ilə gənc nəsil arasında dialoq funksiyası daşıdığını bildirərək yaşlı nəsil xalqın ən yaxşı adət ənənələrinin saxlayıcısı, daşıyıcısı və gələcək nəslə ötürücüsü olduğunu vurğuladı.

Daha sonra tədbir iştirakçıları mövzu ətrafında müzakirələr apararaq öz fikir və təkliflərini səsləndirdilər.

 

Trend.az